Yerə quraşdırılmış işıqlandırma effekti

Yerə quraşdırılmış işıqlandırma effekti

17 oktyabr 2022 0000

Anna Stepanenko, “Lunar Path” İstehsalat Şirkətinin rəhbəri, Volqoqrad, RF

Biz LED səki bloklarının (yerə quraşdırılmış işıqlandırma) istehsalı ilə məşğul oluruq. İşıqlandırıcı qurğular landşaft memarlığına aid olan və ya ərazidəki istənilən obyektin orijinal işıqlandırma effektini təmin edən rəngləri yüksək səviyyədə əks edirmə indeksinə malik LED-lərlə təchiz edilmişdir.

Məhsullarımızın işıq cəhətdən səmərəliliyi sizə elektrik enerjisinə 90%-ə qədər qənaət etməyə imkan verir.

İşıqlandırıcı qurğular germetikdir və yüksək rütubətlilik şəraitində istifadə edilə bilər və aşağı gərginlikli təchizat (24V) yüksək səviyyədə elektrik təhlükəsizliyini təmin edir və quraşdırmanı asanlaşdırır.

Məhsulumuzun polimer monolit strukturu yük maşınının çəkisi kimi ağır yüklərə tab gətirməsini asanlaşdırır. İşıqlandırıcı qurğular şaxtaya, məişət yuyucu vasitələrə davamlıdır və yüksək qorunma dərəcəsinə malikdir (IP67). Zəhərli emissiyaların və kəskin qoxuların olmaması lampalardan hətta yaşayış yerlərində də istifadə etməyə imkan verir. Ölçülərin standart səki daşları ilə üst-üstə düşməsi həm əsas səki daşlarının düzülməsi, həm də tamamlanmış obyekt üçün dekorativ işıqlandırmanın yaradılması prosesində asan quraşdırmanı təmin edir.

Biz genişmiqyaslı “BakuBuild 2022” sərgisində iştirak etdiyimizə görə şadıq. Məhsullarımız və onların xüsusiyyətləri, eləcə də quraşdırılma üsulu haqqında məlumat şirkətin stendində təqdim olunacaq. Sərgidə iştirak etməzdən əvvəl yerli bazarda monitorinqlər apararaq, nəticədə məhsullarımıza marağın olduğunu gördük. Biz “BakuBuild 2022” sərgisinin bütün ziyarətçilərinə məhsullarımızı ətraflı və əyani şəkildə təqdim etməyə hazırıq.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN