"BakuBuild" - inşaat sahəsində Azərbaycanın və Qafqaz bölgəsinin ən böyük ixtisaslaşmış sərgisidır. Çoxillik tarixə malik olan “BakuBuild” sərgisi tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.
Sərgi yerli və beynəlxalq şirkətləri, istehsalçıları, memarları və sənaye mütəxəssislərini bir araya gətirərək, tikinti, memarlıq, daxili dizayn və tikinti materialları sahəsində ən son məhsulları, texnologiyaları və yenilikləri nümayiş etdirir.
“BakuBuild” şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgi Azərbaycanın tikinti sənayesinin inkişafına, investisiyaların təşviqinə və biznes əlaqələrinin qurulmasına mühüm töhfə verir.