Sərgi bütün dəyişikliklər və yeniliklərdən xəbərdar olmağa imkan verir

Sərgi bütün dəyişikliklər və yeniliklərdən xəbərdar olmağa imkan verir

19 oktyabr 2026
Tural Sadıqov, Usta-santexnik

Mən Qazax şəhərindən olan sıravi usta-santexnikəm. Uzun illərdir ki, doğma şəhərimdən "BakuBuild" sərgisini ziyarət etmək üçün müntəzəm olaraq Bakıya gəlirəm. Mənim üçün bu, ilk növbədə, tikinti sahəsindəki yenilikləri öyrənmək üçün mükəmməl bir platformadır.
Sahəmizdəki texnologiyalar, alətlər və həllər böyük sürətlə dəyişir. Biz bütün bu dəyişikliklər və yeniliklərdən daima xəbərdar olmalıyıq. Müştərimin istəklərində məndən öndə olması yolverilməzdir.
Mən özüm ona innovativ həllər və təkliflər təqdim etməliyəm. Həmişə bir addım öndə olmaq bacarığında isə bizə məhz "BakuBuild" sərgisi kömək edir.
İştirakçı şirkətlər hər il sərgidə yenilənmiş izolyasiya, isitmə və soyutma, havalandırma sistemlərini, habelə bizim gündəlik istifadə etdiyimiz material və alətləri təqdim edirlər. Yəni, əvvəlki illərlə müqayisədə sərgidə hər zaman diqqəti cəlb edən yeni məhsullar olur. Tikinti sahəsinin ən son nailiyyətlərini təqdim edən iştirakçı şirkətlərin yüksək səviyyəsini də xüsusi olaraq qeyd etmək istərdim.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN