Yenilikçi tikinti materialları

Yenilikçi tikinti materialları

12 oktyabr 2022 0000

Yevgeni Matveev, “StekloPlast” MMC-nin (RF) Baş direktoru:

"StekloPlast" MMC Volqoqrad vilayətində kompozit armatur, hamar şüşə lifli çubuqlar və dairəvi formalı əyiləbilən birləşmələrin istehsalçısıdır. Məhsullarımız Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik tərəfindən sertifikatlaşdırılmışdır. Beləliklə, onları bir çox tikinti sahələrində istifadə etmək mümkündür.

Şüşə lifli armatur bu gün özəl tikinti sahəsində və kottec qəsəbələrinin salınmasında səmərəli şəkildə istifadə olunan yenilikçi bir tikinti materialıdır.

Əsas tətbiq sahəsi sənaye və mülki tikinti; yol tikintisi; müxtəlif təyinatlı binaların beton konstruksiyalarının tikintisi; çay sahillərinin möhkəmləndirilməsi işlərinin aparılmasında istifadə; kanalizasiya, meliorasiya və drenaj qurğularının tikintisində tətbiq və s.-dir.

Metal əvəzinə şüşə lifli armaturun istifadə edilməsi xərclərə təxminən 40% -ə qədər qənaət etməyə imkan verir. Bundan əlavə, şüşə lifli armaturun istehsalı adi metal armatur istehsalı ilə müqayisədə enerji cəhətdən daha sərfəlidir. Bu, öz növbəsində, onun ekoloji cəhətdən təmiz olmasından da xəbər verir.

İxtisaslaşdırılmış sərgilər biznes müəssisələrinə tərəfdaşlar tapmağa kömək edir, eləcə də yeni məhsul və texnologiyaları nümayiş etdirmək imkanı verir.

Yaranan fasilə ünsiyyət formatını yenidən dəyişdirməklə bizi xarici tərəfdaşlarla "onlayn" rabitə formasına keçməyə məcbur qoydu, canlı ünsiyyət çatışmazlığı var idi. Ona görə də, biz stendi ziyarət edənlər arasında bütün sənaye sahələrindən olan inşaat mütəxəssislərini görməyə şad olarıq.

Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN