Yeni məhsul: “Costune” fasad panelləri

Yeni məhsul: “Costune” fasad panelləri

21 oktyabr 2021 0000

Almaz Sadriyev, “Costune” (Tatarıstan Respublikası) şirkətinin satış şöbəsinin müdiri

Şirkətimiz “Costune” fasad panellərini istehsal edir. Biz şəxsi evlərin və böyük binaların üzlənməsi üçün istifadə olunan çoxfunksiyalı panellər istehsal edirik. Stendimizdə müxtəlif teksturalı nümunələri təqdim edirik. Bunlar kərpic, daş, gips, ağac qabartmalı metal panellərdir. Bunlar fərqli rəng və dizaynda ola bilərlər. Bu panellərin daxili təbəqəsi poliuretan köpük və folqadan ibarətdir. Daxili təbəqə karkas, səs izolyasiyası və istilik izolyasiyası funksiyasını yerinə yetirir. Əlbəttə ki, məhsullarımız gözəlliyi ilə diqqəti cəlb edir. Panellər yüngüldür və yığılması çox asandır. Bu təkcə Rusiya bazarı üçün deyil, həm də Azərbaycan bazarı üçün yeni məhsuldur.

Bu bizim Azərbaycana ilk səfərimizdir. Bilirik ki, burada geniş bazar potensialı var və tikinti sektoru fəal şəkildə inkişaf edir. Yeni şirkət olduğumuz və inşaat bazarı üçün yeni material təqdim etdiyimizə görə bu sərgi bizim üçün vacibdir. Biz özümüzü tanıtmaq istəyirik. Sərgi böyükdür və yaxşı təşkil edilib. Ümidvarıq ki, iştirakımız öz bəhrəsini verəcək və Azərbaycanla əməkdaşlıq edəcəyik. Artıq bir çox potensial tərəfdaşla dialoq aparmışıq.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN