Sibel Özgür, ixrac satışı üzrə mütəxəssis, “Nuhpanel” (Türkiyə) şirkəti
Uzun illər inşaat sektorunda fəaliyyət göstərən “Nuhpanel” şirkətinin əsası 1996-cı ildə qoyulub. Şirkətimiz Qəbəzədə (Gebze) yerləşən sənaye zonasında 40.000 m²-lik ərazidə fəaliyyət göstərir. İki ardıcıl panel istehsal xətti və Türkiyənin ən iri “sendviç” tipli panel istehsal bazası ilə eyni məkanda illik istehsal gücümuz 7 milyon kvadrat metr təşkil edir. “Nuhpanel” şirkəti ən böyük istehsal şəbəkəsinə malikdir - yüksək yanğına davamlı, işi poliuretan və daş yun ilə doldurulmuş “sendviç” panellər, standart tipli dam panelləri, PVX membran səth üçün kompozit dam panelləri (az meylli çardaqlı damlar üçün), soyuq otaq (iqlim nəzarəti) panelləri, standart tipli izolyasiya edilməmiş təkqatlı və betonaltı trapesiyaşəkilli polad təbəqələr və yuxarıdakı bütün məhsullara uyğun aksessuarlar.
“BakuBuild 2021” sərgisinin ziyarətçi və qonaqlarına təqdim ediləcək yeniliklərimiz arasında “TRIPAN” membran laminasiyalı təbəqə dam paneli, “PRİZMA” divar paneli, NKS əvvəlcədən izolyasiya edilmiş hava kanalı paneli və günəş enerjisi sisteminə uyğun dam panelini qeyd etmək istərdim. Stendimizdə təqdim olunan bütün məhsullar inşaat şirkətləri tərəfindən istənilən regionda, o cümlədən Qarabağ regionunun bərpa işlərində istifadə edilə bilər.
İxtisaslaşmış sərgiləri məhsullarımızı təqdim edərək təchizatçılarla şəbəkə yaradaca biləcəyimiz mühit hesab edirik. “BakuBuild” sərgisi şəbəkə yaratmağa ehtiyac duyduğumuz müştərilər ilə təmas üçün dəyərli imkan təqdim edir. Bu tədbir regionda yeni iş imkanları üçün ən yaxşı yoldur.