Ticarət əlaqələrini qurmaq və gücləndirmək üçün uğurlu fürsət

Ticarət əlaqələrini qurmaq və gücləndirmək üçün uğurlu fürsət

22 oktyabr 2021 0000

Uğur Topçubaşı, Baş direktor

Mən sərgiyə İzmir şəhərindən gəlmişəm və məni maraqlandıran iki məsələ var: sərgilərlə tanış olmaq və işgüzar tanışlıqlar qurmaq, yeni potensial tərəfdaşlar axtarmaq. Eyni zamanda, azadlıq savaşında şəhid olanların xatirəsini anmağa gəldim, axı Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyət sahəm tikinti texnikasıdır. Görürəm ki, bütün şirkətlər həm ticarət əlaqələrini inkişaf etdirmək, həm də investisiya məqsədi ilə iştirak edirlər. Tikinti materiallarının çeşidinin çox zəngin olduğunu deyə bilərəm və bunu bəyəndim. Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi, əlbəttə ki, bu sektorun inkişafı üçün vacibdir. Bu, mütəxəssislərin və şirkətlərin yaxınlaşması üçün əla fürsət, ticarət əlaqələri qurmaq və gücləndirmək üçün yaxşı səbəbdir. Hər keçirilən sərgi bu vacib prosesə öz töhfəsini verir, buna bir daha əmin oldum.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN