Adel Lalşahsavar, “Urmushu” (İran) şirkətinin mühəndisi
Mən bu sərgiyə həmkarlarım ilə birlikdə gəlmişəm. Biz inşaat şirkətinin sahibləriyik. Bura bizim üçün maraqlı olan tərəfdaşlar tapmaq məqsədi ilə gəlmişik. Bizim öz təkliflərimiz, layihələrimiz var və ilk növbədə, keyfiyyətli məhsullar və sərfəli şərtlər təklif edən yerli şirkətlər ilə əməkdaşlıq etmək istəyirik. Biz müxtəlif şirkətlərin nümayəndələri ilə danışıqlar apardıq, tərəfdaşlığın mümkün variantlarını müzakirə etdik.
Sərgi bizə xoş təsir bağışladı. Ümumiyyətlə, sərgi harada keçirilməsinə və hansı sahəyə aid olmasına baxmayaraq, insanları birləşdirən məkandır. İnsanlar işgüzar səviyyədə əlaqə qurmaqla yanaşı, həm də dost olur, bir-birinə kömək edirlər. Bu, mənim çox xoşuma gəlir və buna görə də bu qədər uzun yol gəldiyimə görə peşman deyiləm.