Olqa Şevçuk, Svetlana Buşkovskaya, Rusiya
Bizi bu sərgiyə gəlməyə iki istiqamət sövq edib – mebel istehsalı və inşaat. Bizim peşəkar fəaliyyətimiz məhz bu sahələr ilə bağlıdır. Azərbaycan bazarı bizim üçün yenidir və buna görə də sərginin səviyyəsi və miqyasının monitorinqi fonunda bu bazarı öyrənmək lazımdır. Burada əməkdaşlıq qurmaq üçün yaxşı şərait yaradılıb. Artıq müəyyən əlaqələr qurulub, münasibətlərin gələcək inkişafın ümid edirik. Orijinal konsepsiyalı və inkişaf perspektivləri olan tədbiri bəyəndik.
Ümumilikdə, sərgiləri ziyarət etməyin özümüz üçün faydalı hesab edirik. Bu tədbirlərdə iştirak şirkətin nüfuzuna hesablanmış mühüm marketinq gedişidir. Hər iki halda fayda əldə etmək mümkündür. Mebel istehsalının nümayiş olunduğu stend bizim diqqətimizi cəlb etdi - bu stend gözəl düşünülüb və öz məhsulları ilə maraq doğurur.