Respublikada inşaat sektorunun inkişafında sərginin diqqətəlayiq rolu

Respublikada inşaat sektorunun inkişafında sərginin diqqətəlayiq rolu

24 oktyabr 2019 0000

Akif Bayramov, Çernobıl Əlilləri İttifaqının sədri (Azərbaycan Respublikası)

Mən bu gün innovativ avadanlıqlar və müasir inşaat materialları ilə tanış olmaq üçün bu sərgiyə gəlmişəm. Burada ətraflı məlumat almaq və material nümunələri ilə tanış olmaq mümkündür. Mən daha çox maye divar kağızının ən son növlərini bəyəndim.

Sərgi çox yaxşı təşkil edilib və mən bu tədbiri istənilən cəhətdən bəyənirəm. Zənnimcə, hazırki tədbir ötən il ilə müqayisədə daha genişmiqyaslıdır. Burada yerli və xarici şirkətlərin nümayəndələri stendlərə yaxınlaşan ziyarətçiləri layiqincə qarşılayırlar.

Hesab edirəm ki, respublikada inşaat sektorunun inkişafında bu sərginin rolu çox böyükdür. Tədbir təcrübə mübadiləsi aparmağa və ən son texnologiyalar barədə məlumat almağa imkan verir. Gələcəkdə xarici ölkələri təmsil edən iştirakçıların sayca daha çox olmasını istərdim.

 


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN