“Pimapen” – zamanla təsdiqlənmiş keyfiyyət

“Pimapen” – zamanla təsdiqlənmiş keyfiyyət

3 dekabr 2020 0000

“Pimapen Nirvana” silsiləsi

Əsas profillərin eni 80 mm təşkil edir. 6 seksiyalı profili yüksək səviyyəli istilik və səs izolyasiyasını təmin edir.

“Nirvana” profilləri aşağı istilikötürmə dəyərinə malikdir (*Uf=0,95 W/m²K) və bu, qalınlığı 44 mm olan üçkameralı şüşə paketindən istifadə etməyə imkanı verir (Ug=0,6-0,7 W/m²K). Eyni növ şüşə ilə tətbiq edilən “Nirvana” pəncərələrinin istilikötürmə dəyəri Uw=0,78 W/m²K təşkil edir ki, bu da yüksək səviyyəli istilik izolyasiyasını təmin edir (*: hesablanmış dəyər).

Sistemdə istifadə edilmiş paslanmaz polad tərkibli boz və qara elastik kipkəclərin tətbiqi yüksək səviyyəli hava, su, səs və toz izolyasiyasını təmin edir.

Onun üç kipkəcli sistemi, o cümlədən xarici, daxili və orta kipkəcləri istilik və səs izolyasiyasına şərait yaradır və avadanlığı korroziyaya qarşı qoruyaraq istismar müddətini uzadır.

Bu seriyalı məhsullar yuxarı mərtəbələrdə külək təzyiqinə qarşı yüksək müqaviməti təmin edən xüsusi dizaynlı və rels profilidir.

Bu pəncərələrin lay profili estetik görünüşlü özünüdrenaj sisteminə malikdir. Özünüdrenaj seksiyası 80 mm-lik ölçüyə daxil deyil. Bu seksiya əlavə edildikdə, profilin qalınlığı 90 mm təşkil edəcək.

Optimallaşdırılmış taxta profilinin hündürlüyü sayəsində şüşə sahəsinin artırılması otaqlarda geniş sahə yaradır.

“Pimapen Albatros” siyirtmə silsiləsi

Bu sistemin ehtiva etdiyi 6 növ çərçivə profili sayəsində istənilən tələblərə cavab verən həll variantları hazırlamaq mümkündür. 

İki, üç, dörd, beş və altı laylı siyirtmə pəncərə və qapı tətbiqlərini quraşdırmaq mümkündür. 

Hərəkətli rəzə sabit çərçivəli profilin daxili hissəsində olduğundan, ondan erqonomik və etibarlı şəkildə istifadə edə bilərsiniz. 

 Beləliklə, xarici jalüzlər üçün tətbiqlər daha səmərəli olur.

 Şaquli profil olmadığına görə  laylar 90º bucaq altında açılır və xüsusi hərəkət edən kənar birləşmə profilləri daha geniş görünüşü təmin edir.  

Sistemin hermetik profilləri yaxşı layihələndirilib, hermetik seksiyalar və fırçalı kipkəclər yüksək səviyyəli sukeçirməzliyi təmin edir.

Özünübərkitmə sistemi olan çərçivə profili daxili səthdə, habelə divarla pəncərə arasındakı birləşmələrdə vizual bütövlüyü təmin edir.

Qovuşan rels kimi istifadə edilən çərçivə profilləri sayəsində siyirtmə hissəsinin altında və ya üstündə sabit bölmələr yaratmaq olur.  

Fiksasiyalı adapter profili sayəsində ştapiklərdən istifadə etmədən möhkəm seksiyalar yaratmaq olur.  

Sistemin daxili rels çərçivə profili sayəsində hər hansı əlavə relsdən istifadə etmədən, siyirtmə ekranlar (lövhələr) yaratmaq olur.

Ağ profillərlə yanaşı, 17 müxtəlif rəng və naxışlı laminasiyalı profillər də təklif edilir.

Xüsusi dizaynlı büzməli və oval kənarları olan relslər sistem profil ilə şüşə arasında cəlbedici və estetik birləşmələr yaradır.

Həmçinin bir və ikilaylı şüşədən, eləcə də eni 4-20-24-30 mm olan paneldən istifadə etməyə imkan verən relslər mövcuddur.

Şirkət ilə əlaqə saxlamaq


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN