Orijinal pəncərə profillərinin ekspozisiyası

Orijinal pəncərə profillərinin ekspozisiyası

21 oktyabr 2021 0000

Ramin Qəniyev, “Pimapen” şirkətində Marketinq şöbəsinin direktoru

Biz hər il “BakuBuild” sərgisində iştirak edirik. Uzun illərdir ki, Azərbaycan bazarında fəaliyyət göstərən şirkətimiz PVX qapı-pəncərə profillərinin istehsalı sahəsində liderdir. Prinsipimiz həmişə irəli getmək və yüksək keyfiyyətli, davamlı material istehsal etməkdir.

Biz bu gün burada 60, 70, 80 mm-lik profilləri təqdim edirik. Böyük pəncərələr üçün 80 mm-lik profillər üç şüşə paketindən ibarətdir. Bu, istilik və səs izolyasiyasına kömək edir. Stendimizdə hər tərəfdən fərqli rəngdə olan iki rəngli profillər də var. Sifarişçilərin istəklərini nəzərə alaraq, bu məhsulların istehsalına başlamışıq. Fasad rənginin dəyişdirə bilmədiyi binalar var, alıcı isə fərdi interyer rəngi istəyir. Bu baxımdan iki rəngli profillərimiz bu ehtiyacları uğurla qarşılayır. Bu günə 28 rəng çeşidi təklif edirik.

Açığını deyim ki, sərgi əla təşkil olunub! Stendlərin müxtəlifliyi çox sevindirir. Qonaq və ziyarətçi axını böyükdür. Sərgi məhsulunuzu təqdim etmək üçün maksimum şərait yaradır, sonradan müsbət reytinqi də təmin edir. Beləliklə, biz burada tərəfdaş çevrəmizi inamla genişləndiririk.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN