Müxtəlif növ ən yaxşı faner nümunələri

Müxtəlif növ ən yaxşı faner nümunələri

24 oktyabr 2019 0000

Rasim Xəlilov, “Azros” şirkətinin satış üzrə direktoru

Bizim şirkət “Sveza” şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur və faner, “DSP” və “LDSP” istehsalı üzrə yeddi zavoddan ibarət olan böyük şirkətlər qrupudur. Bizim məhsul dünya bazarında özünü uğurla doğruldub. Bu gün stendimizdə müxtəlif faner növlərinin nümunələri, eləcə də monolit inşaatı üçün laminasiyalı fanerlər, maşın və anbar yerlərində istifadə edilən titan fanerlər, döşəmə örtükləri, eksteryer və interyer üçün “FSF” fanerlər təklif olunur.

Bakı Olimpiya Stadionu, “Alov qüllələri” və Heydər Əliyev Fondu bizim məhsulun uğurla istifadə edildiyi layihələrdir. Hazırda şirkət “Baku White City” layihəsində iştirak edir və həmin layihə çərçivəsində laminasiyalı fanerdən istifadə olunur.

Şirkətimiz “BakuBuild” sərgisində ikinci dəfədir ki, iştirak edir. Mən tədbirin təşkilatçılığını bəyəndim - bu il daha çox xarici dövlət iştirakçı edir ki, bu da yerli sahibkarlar üçün çox vacibdir. Sərgidə iştirakımız imicin möhkəmləndirilməsi və xarici brendlər arasında potensial tərəfdaş axtarışının zəruriliyi ilə şərtlənir. Sərgi Azərbaycanda təkcə inşaat sahəsinin deyil, həm də bütövlükdə biznesin inkişafında böyük rol oynayır. Çox vaxt iş adamları öz tərəfdaş və müştəriləri ilə ünsiyyət qurmaq üçün əlavə vaxt tapa bilmirlər, sərgi əsnasında isə biz bunu edə bilirik.

 


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN