Aleksandr Sukovatov, “Polymer Composites” MMC -nin Baş direktoru
“BakuBuild 2021” sərgisində ziyarətçilərin diqqətinə təqdim olunan şirkətin əsas məhsulu çox möhkəm və korroziyaya davamlı kompozit armaturdur. Bu məhsul müxtəlif dərəcədə aqressiv mühitlərdə istifadə edilən adi və öncədən gərginləşdirilmiş bina konstruksiyalarının möhkəmləndirilməsi üçün nəzərdə tutulub.
Armaturlarla yanaşı, stenddə kompozit torlar, çoxqatlı divarlar üçün çevik bağlar və korroziya əleyhinə bağ dirəkləri təqdim ediləcək.
Təklif olunan həll variantları innovativdir: metal analoqlarının əvəzinə bu həll variantlarından istifadə olunması tikilməkdə olan obyektlərin keyfiyyətini artırmağa və eyni zamanda, tikinti müddətini azaltmağa, eləcə də quraşdırma və daşınma vaxtı istismar xərclərini minimuma endirməyə imkan verir.
Şirkəti texniki mütəxəssisləri, kompozit armaturlu bina konstruksiyalarının hesablanmasına və istənilən mürəkkəb şəraitə uyğunlaşdırılmış, o cümlədən Qarabağ regionu üçün həll variantlarının hazırlanmasına dəstək verməyə hazırdır.
Əminik ki, sərgidə iştirak şirkətin formalaşmasına kömək edir. “BakuBuild 2021” sərgisi, yeni üfüqlər açmaq və satış bazarında mövqeyimizi gücləndirmək üçün unikal fürsətdir.