Vüsal İbrahimov, Agah Group şirkətinini satış meneceri
Agah Group tikinti şirkəti sənaye tipli obyektlərin inşaatı ilə məşğuldu – anbarlar, istehsalat sahələri, prefabrik binaları, qeyri-yasayış sahələrinə aid ofis binaları, anbar və soyuducu konteynerləri, kənd təsərrüfatı kompleksləri və s.
Şirkətimiz bir neçə əsas istiqamətdə fəaliyyət göstərir. Bunlar kənd təsərrüfatı tipli obyektlərinin tikintisi (quşçuluq fabrikləri, İnkubatorlar, heyvandarlıq kompleksləri, meyvə və tərəvəz üçün soyuq hava depoları, ət, süd, ərzaq və meyvə məhsullarının və balıqların saxlanması üçün depolar) və sənayə obyektlərində və hərbi hissələrdə demir beton, metal konstruksiya və yüngül konstruksiyalarının tikiləməsi xidmətlərini həyata keçirir.
Sifarişçilərimiz arasında Socar şirkəti, Ağcabədi pambiq zavodu, Araz supermarketlər şəbəkəsi və s. Bu günə kimi bir çox artıq həyata keçirilmiş layihələrimiz var və hal hazırda bir neçəsi davam edir.
Sərgidə ilk dəfədir ki iştirak edirik. Məqsədimiz Agah Group-un fəaliyyəti və gördüyümüz işlər haqqında ziyarətçiləri məlumatlandırmaq və yeni əlaqələr qurmaqdı. Stendimizdə kənd təsərrüfatı sahəsində çalışan və heyvandarlıqla məşqul olan şirkətlərin nümayəndəlirini, fermerləri, sənayə obyektləri və soyuducuları qurmaq istəyən insanları görmək istərdik.