Məhsulumuzu Azərbaycan bazarında tanıtmaq istəyirik!

Məhsulumuzu Azərbaycan bazarında tanıtmaq istəyirik!

25 oktyabr 2019 0000

Andrey Volosyuk, “Ruçayka” (Belarus) ASC-nin marketinq və satış idarəsinin rəhbəri

Bizim şirkət 35 ildir ki, bazarda fəaliyyət göstərir və texniki parçaların istehsalı ilə məşğuldur. Biz məhsulumuzu Azərbaycan bazarında tanıtmaq istəyirik və bu istiqamətdə ciddi iş aparırıq. Bizim parçalardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar. Onlar ticarət pavilyonlarının, böyük anqarların, məhsul anbarlarının tikintisi üçün rasionaldır. Bu parçaların tətbiq sektoru çox genişdir. Bütün istehsalat müasir İtaliya avadanlıqlarına əsaslanır. Bütün kimyəvi məhsullar, yəni keyfiyyətli laklar və dolğular Avropa istehsal edilir.

Belarusda Avropa məhsulunu yerli bazar qiymətinə əldə etmək olar və buna görə də bizim məhsullar həm keyfiyyətinə, həm də qiymətinə görə cəlbedicidir. Stendə bu məhsulun texniki xüsusiyyətlərini, sıxlığını və rəng qammasını nümayiş etdirmək üçün bir neçə nümunə təqdim edilir. “BakuBuild” sərgisinin iki iş günü bizim üçün kifayət qədər aktiv keçib. Biz ilkin olaraq məlumat bazası üzrə iş aparmışıq və görüşlər keçirmək üçün potensial müştəriləri stendimizə dəvət etmişik. Sərginin təşkilatçılığı layiqli səviyyədədir. Təsadüfi ziyarətçilərlə yanaşı, bu sektorla əlaqədar olan mütəxəssislər də stendimizə yaxınlaşırlar.

 


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN