Məhsullarımız mükəmməldir!

Məhsullarımız mükəmməldir!

19 oktyabr 2022 0000

Alyona Yakovleva, Satış şöbəsinin müdiri, Olqa Quseva, “Yaroslavl Plywood” MMC-nin kommersiya direktoru (Rusiya)

Biz Rusiyanın faner istehsalı üzrə ən böyük fabriklərindən birini təmsil edirik. Məhsullarımız iyirmidən çox ölkəyə ixrac edilir. Fanerlər daxili divarlar, döşəmələr, tavanların bəzədilməsi üçün istifadə edilə bilər. Onlar həmçinin, əlavə maddə hopdurulmaqla, çöl işlərində istifadə oluna bilər. Bu zaman o, rütubətə qarşı dayanıqlı olur və açıq havada yerləşdirilmək üçün münasib olur. Bizim fanerlərimiz yalnız ağcaqayın ağacından hazırlanır və ekoloji cəhətdən təmizdir. Buna görə də onlar uşaq otaqları üçün mebel istehsalında istifadə oluna bilər.

Biz ilk dəfədir ki, Bakıda, “BakuBuild” sərgisindəyik. Biz buraya tam məlumatı, qiymət cədvəllərini əks etdirən kitabçalar gətirmişik. Stenddə 3 mm-dən 24 mm-ə qədər dəyişən müxtəlif qalınlıqlara və müxtəlif nahamarlıq dərəcələrinə malik olan fanerlərin nümunələri var. Qonaqlarımız Yaroslavl fanerindən hazırlanmış eksklüziv suvenir heykəlcikləri ilə maraqlandılar.

Çoxlu sayda ziyarətçi istehsalımızda neçə faiz qüsurun olması ilə maraqlanırdı. Bizdə demək olar ki, heç bir tullantı olmur. Qüsurlu fanerin öz qiyməti və ayrıca təchizatı var. Bütün növ fanerlər ciddi keyfiyyət nəzarətindən keçir. Əminliklə deyə bilərik ki, məhsullarımız mükəmməldir! Biz müsbət nəticələrə və qarşılıqlı faydalı əməkdaşlığa ümid edirik. Müştərilərimizə onları maraqlandıran istənilən məhsul variantını təklif edə bilərik.

Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN