CAHAN SƏNAYE KOMPLEKSİ MMC Azərbaycanın nüfuzlu şirkətlərindən olan Cahan Holdinq Açıq Səhmdar Cəmiyyətinin tərkibində 1995-ci ildə qurulmuş “CAHAN SƏNAYE KOMPLEKSİ” MMC hal hazırda aşağıdaki sahələrdə istehsalat fəaliyyətini davam etdirir
“CAHAN SƏNAYE KOMPLEKSİ MMC” 2017-ci ildə investisiya qoyuluşunu sürətləndirmiş və “CAHAN SƏNAYE KOMPLEKSİ” adı altında Naxçıvanda yaradılan 8400 m2 qapalı sahədə illik 10000 ton plastik, 120000 paqon metr Panel Radiator və 60000 paqon metr Alüminium Radiator istehsal gücü olan son texnologiya avadanlıqları, beynəlxalq səviyyədə məhsulları ilə bazara “Magna” markası adı altında məhsul təqdim etməyə başlamışdır.
Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna”, dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli bir addım atmışdır. Regionun inkişafı, insanların rifahı naminə davamlı inkişafı özünə məqsəd seçən “Magna” istehsal etdiyi keyfiyyətli məhsullar və inkişafına təkan verəcəyi texnologiyalarla gələcək illərə inamla və qürurla baxmağa davam edir.
VİZİONUMUZ
Məqsədimiz kollektiv ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli məhsul istehsal etmək və yüksək xidmətlərimizlə Azərbaycanda və beynəlxalq aləmdə etibarlı bir qurum olmaqdır.
MİSSİYAMIZ
Müasir texnologiyaları tətbiq edərək ölkəmizin resurslarından səmərəli şəkildə istifadə etmək, yeni iş yerləri açmaq, işçilərin sosial hüquqlarını qorumaq, onların maddi və sosial rifahını yaxşılaşdırmaq və xidmətlərimizlə müştərilərin rəğbətini qazanıb Azərbaycanın rifahı və iqtisadi inkişafına öz töhfəmizi vermək, ölkəmizlə birgə inkişaf etməkdir.