Kabel və texniki məhsulların müasir istehsalı.

Kabel və texniki məhsulların müasir istehsalı.

19 oktyabr 2022 0000

Aleksey Borodin, İxraca Dəstək Mərkəzinin rəhbəri, Mordoviya (Rusiya):

Mordoviya Respublikası kabel və texniki məhsulların istehsalı üzrə güclü bir qovşaqdır. Biz ənənəvi olaraq Bakıda keçirilən “BakuBuild” sərgisində iştirak edirik. Bizim Azərbaycan və Türkiyə ilə möhkəm əməkdaşlıq əlaqələrimiz var, bizim niyyətimiz bundan sonra da bu ölkələrin sahibkarları ilə əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdir.

Biz bu sərginin son dərəcə perspektivli olduğunu hesab edirik. Sərgilər və işgüzar missiyalar məhsul satışının təşviq edilməsi işində iki çox vacib vasitədir. Burada qarşılıqlı əlaqələrin bütün formatlarını müzakirə etməyə imkan verən işgüzar görüşlər və dialoqlar həmişə faydalı olmuşdur. Bu, məhsulunuzu nümayiş etdirməyin ən yaxşı yoludur. Biz hər zaman dialoq aparmağa hazırıq.

Hazırda içində mövcud olduğumuz yeni şərtlər qarşılıqlı əlaqələrin yeni formatını yaradır. Bu il biz buraya bir neçə şirkət gətirmişik. Bu, Rusiyada işıqlandırma cihazlarının aparıcı konstruktorları və istehsalçılarından biri olan “Xenon” işıq texnikası zavodudur. Avadanlıqların və komplektləşdirici məmulatların çeşidlərini “Renome Group” şirkəti təqdim edir. Burada “Armatura” şirkətinin kompozit torları nümayiş etdirilir. İşıq texnikası məhsullarını “Ardatovskiy işıq texnikası zavodu” SC təqdim edir.

Azərbaycan bazarında rəqabətə tab gətirmək çətindir. Buna görə də biz istehlakçıların tələbatına uyğunlaşmaq üçün məhsullarımızın keyfiyyətini yaxşılaşdırmağa çalışırıq.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN