Eldar Tağıyev, Tegeta şirkətinin satış meneceri
Tegeta şirkəti bu sərgidə JCB markalı avadanlıqları təqdim edir. Bu marka 1944-cü ildən bəri tanınır və bütün dünyada məşhurdur.
Məhsullarımız artıq Azərbaycan bazarındadır və hazırda biz tikinti və kənd təsərrüfatı maşınları istehsalçılarının rəsmi dilerləriyik. Brendimizin unikallığı ondan ibarətdir ki, JCB motorlar, mühərriklər və digər ehtiyat hissələrindən tutmuş ehtiyat maşın yağlarına qədər, hər şeyi özü istehsal edir. Bu məqsədlə Azərbaycanda həm stasionar, həm də səyyar servis xidməti yaradılıb.
Bizim texnikamız Qarabağ ərazisində tikinti işlərində artıq istifadə olunur. “BakuBuild” sərgisindəki stenddə biz bir mini yükləyici maşın və iki tərs çalovlu ekskavator (tərs çalovlu yükləyici maşın) təqdim edirik. Onlardan biri İngiltərədə, digəri isə Hindistanda istehsal olunur. Onlar yalnız sərgi üçün seçilməyib. Bu maşınların mühərrikləri bizim yanacaq üçün nəzərdə tutulub. Onlar öz sərbəst qiymətləri və funksional imkanları ilə fərqlənirlər.
JCB-nin əsas və ən qabaqcıl məhsulu Birləşmiş Krallıqda istehsal olunub: o, asanlıqla idarə olunur və əlavə funksiyalarla təmin edilib. Bu, ekoloji cəhətdən təmiz bir məhsuldur. Sərginin iki günü ərzində biz tikinti sektorunun və kənd təsərrüfatı şirkətlərinin bir çox nümayəndəsi ilə söhbət etdik. Artıq yaxın gələcək üçün danışıqlar planı da hazırlanıb. Sərgi mükəmməldir! Burada çoxlu yeni şirkət var. Mən mehriban və səmimi abu-havanı sevirəm. Hamı bir-birinə kömək etməyə, yardım göstərməyə çalışır. Bu sərgi yeni brendlər haqqında məlumat əldə etməyə, yeni iş adamları ilə tanış olmağa, faydalı müqavilələr bağlamağa kömək etdi.