İşgüzar əlaqələr qurmaq üçün əla fürsət

İşgüzar əlaqələr qurmaq üçün əla fürsət

22 oktyabr 2021 0000

Aleksandra Lunina, dizayner "Eldar Aghayev Design Studio" (Azerbaijan)

Hər il “BakuBuild” sərgisini ziyarət edirəm. Həmişə yeni məhsullarla, yeni brendlərlə tanış olmağa çalışıram. Üzlük materiallarla məşğul olan şirkətlərlə maraqlanıram.

Bu gün xeyli maraqlı məhsul tapdım. Müxtəlif xarici brendlərin çoxluğu sevindirici haldır. Landşaft heykəltəraşlığı ilə məşğul olan və dekorativ səs izolyasiya panelləri istehsal edən şirkətin məhsulları diqqətimi cəlb etdi.

Bu sərgi mənim üçün tanışlıq xarakteri daşıyır. Burada həmişə Azərbaycanda nümayəndəliyi olmayan şirkətləri tapa bilərsiniz. Bu, lazımi əlaqələri, yeni bazar ünvanlarını əldə etmək üçün yaxşı imkan yaradır.

Qarabağdakı tikinti işlərinə həsr olunmuş stendləri və Azərbaycan bu regionunun dirçəlişinin çoxsaylı illüstrasiya modellərini də çox bəyəndim.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN