Katerina Tixomirova, Belarus Ticarət və Sənaye Palatasının “Belinterekspo” Unitar Müəssisəsinin Sərgi idarəsinin rəhbəri:
Belarus şirkətləri “BakuBuild-2021” sərgisində tikinti sektoru, neft-kimya obyektləri, qaz kəmərləri, elektrik enerjisi sənayesi və b. sahələr üçün müxtəlif həll variantlarını təqdim edir. Sərgidə iştirak etməkdə əsas məqsədimiz alıcının tələblərinə uyğunlaşmağa hazır olduğumuz xidmətləri təklif etmək məqsədilə özümüzü Azərbaycanda tanıtmaq və potensial tərəfdaşlar tapmaqdır. Bu baxımdan, “BakuBuild” sərgisi potensialınızı nümayiş etdirməyə və yeni işgüzar əlaqələri tapmağa imkan verən əla platformadır, çünki bu tədbir tikinti sahəsində Azərbaycanın və Qafqaz regionunun ən böyük ixtisaslaşmış sərgisidir. Ümidvarıq ki, sərgidə iştirakımız kifayət qədər səmərəli olacaq.
Bununla yanaşı, hesab edirik ki, bəzi həll variantlarımız Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün irimiqyaslı layihələrin həyata keçirilməsi çərçivəsində maraqlı ola bilər. Əsas odur ki, bunlar Azərbaycan tərəfi üçün uyğun və maraqlı olsun.
Sərgi ərəfəsində artıq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə görüş keçirmişik. Bu gün böyük şirkətlərin - potensial tərəfdaşların, o cümlədən “Azərenerji” ASC-nin nümayəndələri ilə görüşəcəyimizə ümid edirik.