İnşaat və dekorativ kərpiclərin geniş çeşidi

İnşaat və dekorativ kərpiclərin geniş çeşidi

20 oktyabr 2016 0000

Cəbrayıl Şükürov, “Fexreddin-K” şirkətinin istehsalat rəisi

– Bizim şirkət kərpic istehsalı sahəsində ixtisaslaşıb. Biz öz stendimizdə şirkətin dörd zavodunun – Masallı, İsmayıllı, Gəncə və Xırdalan zavodlarının məhsullarını təqdim edirik. Ziyarətçilər bizim müəssisələrimizdə istehsal edilmiş inşaat və dekorativ kərpiclərin geniş çeşidi ilə, eləcə də dam örtükləri üçün saxsı kirəmitlərlə tanış ola bilərlər. Bizim zavodlar əsasən 500-dən çox adda dekorativ və təxminən 40 növ inşaat kərpici istehsal edir.

Bizim əsas məqsədimiz bazardakı peşəkarlara “Fexreddin-K” şirkətinin məhsulları barədə tam məlumat verməkdir. Biz şirkətin yeni məhsulu olan dam örtükləri üçün kərpici hazırlamışıq. Biz həmin məhsulu peşəkarların diqqətinə çatdırmaq niyyətindəyik. Beləliklə, biz müəyyən etdik ki, bu məhsul böyük marağa səbəb olub və ona böyük tələbat var.

Bizim üçün daha vacib olan məsələ məhsullarımızın əsas istehlakçıları olan inşaat biznesinin təmsilçiləri ilə görüşməkdir. Sərginin ilk iş günü çox yaddaqalan oldu, biz maraqlanan ziyarətçilərlə xeyli söhbət etdik. Sərginin iştirakçı və ziyarətçilərindən biri kimi, mən burada bir çox yeniliklərlə tanış oldum və məni maraqlandıran şirkətlərin nümayəndələri ilə görüşlər keçirdim.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN