Cavidan Kərimov, “Improtex Industries” MMC-nin Baş direktor müavini:
“Improtex Industries” şirkəti “BakuBuild” sərgisində Avropa keyfiyyətli texnika və avadanlıqları təqdim edir. Biz daxili bazarın tələbatını ödəməyə çalışırıq və eyni zamanda məhsullarımızı xarici tərəfdaşlara təklif edirik. Qeyd edim ki, müxtəlif ölçülü zibil maşınlarını, o cümlədən “ROTOPRESS” və “VARIOPRESS” kuzovlu zibil maşınlarını Azərbaycan bazarında ilk dəfə məhz “Improtex Industries” şirkəti təqdim edib. Qeyd edim ki, “Improtex Industries” şirkəti “MAN Truck & Bus SE” şirkətinin rəsmi nümayəndəsidir, buna görə də eyni zibil maşınlarını MAN şassisinin üzərində yığa bilərik.
Bununla yanaşı, biz yanğınsöndürən maşınları, yanacaq çənlərini, müxtəlif qoşquları, yarım-qoşquları, kənd təsərrüfatı texnikalarını təqdim edirik. Bu məhsulların istehsalı qabaqcıl Avropa texnologiyalarına əsaslanır. “Improtex Industries” şirkətinin minə yaxın kənd təsərrüfatı texnikası artıq Azərbaycanda istifadə olunur. Müştərilərimiz arasında həm dövlət, həm də özəl sektorun təmsilçiləri yer alır.
“Improtex Industries” şirkətinin texnoloji potensialı çox yüksəkdir, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrdə iştiraka tam hazırıq və bu layihələrdə etməkdən məmnun olarıq. Üstəlik, burada yüzlərlə hektar ərazidən söhbət gedir və şübhəsiz ki, bizim məhsullarımıza tələbat olacaq.
“Improtex Industries” şirkəti müxtəlif şirkətlərlə əməkdaşlıq edərək fabriklərin, zavodların, anbarların inşası da daxil olmaqla bir sıra böyük layihələri uğurla həyata keçirib. Azad edilmiş ərazilərdəki layihələrdə iştirak şirkətimiz üçün böyük şərəf olacaq.