Azər Rəhmanov, “Kenan Construction&Trade JV” şirkətinin direktor müavini
Mən sərgini hər il ziyarət edirəm, belə ki, peşəkar fəaliyyətim bunu tələb edir. Mənim işim üçün bu sektorun bütün yenilikləri barədə məlumatlı olmaq, məhsul, loqistika və distribyutorlar haqqında informasiya toplamaq vacibdir.
Daimi ziyarətçi olduğum üçün bugünkü sərginin bir çox iştirakçısı ilə tanışam. Biz daimi tərəfdaşlarıq və buna görə də bizim görüşlərimiz dolğun, müsbət xarakter daşıyır. Biz təcrübə və məlumat mübadiləsi aparırıq. Burada iştirak edən, mənə tanış olmayan şirkətlər arasında İtaliya, Belarus və Türkiyə təmsilçiləri məndə maraq yaratdı.
Tədbir lazımi səviyyədə təşkil edilib və mən ümidvaram ki, gələcəkdə iştirakçıların sayı artacaq. Məncə, sektor sərgisi inşaat sənayesi ilə yanaşı, turizm sahəsinin də inkişafına kömək edir.