Lyubov Smirnova, “BelExpo” milli sərgi mərkəzinin nümayəndəsi
“BelExpo” Belarus Respublikasının ən böyük sərgi təşkilatıdır. Dövlət aparatımız Azərbaycanla əlaqələri inkişaf etdirir, buna görə də biz “BakuBuild” sərgisində ümumi stend təşkil etmək qərarına gəldik.
Həm tikinti layihələrinin layihələndirilməsi və icrası baxımından, həm də işlənmə materiallarının təqdimatı baxımından Belarus tikinti sənayesinin potensialını nümayiş etdirmək məqsədilə sərgiyə ilk dəfə olaraq Memarlıq və İnşaat Nazirliyinin nümayəndə heyəti də gətirilib.
Stenddə ümumilikdə yeddi şirkət təmsil olunur. Onlardan 6-sı nazirliyin strukturuna daxildir. Bir şirkət istilik izolyasiyası üçün materiallar təqdim edir. Bəzi şirkətlər stenddə öz məhsullarının nümunələrini nümayiş etdirmək qərarına gəliblər: bunlar keramik kafellər, santexnika, fasad üçün kafellər, çini plitələrdir. Mühəndislik şirkətlərinin mütəxəssisləri burada iştirak edir və qonaqlara konsultasiya xidməti göstərirlər.
Düşünürəm ki, tikinti sərgiləri hər zaman uğurlu olacaq, çünki sərgi tədbirlərinin uzun tarixi var və bu marketinq vasitəsinin effektivliyini heç nə əvəz edə bilməz. “BakuBuild” sərgisi mükəmməl beynəlxalq tədbirdir. Burada dünyanın hər yerindən tərəfdaşlar tapa bilərsiniz. Biz danışıqlar aparırıq, müəyyən razılaşmalar əldə olunub, müqavilələrin bağlanması gözlənilir. Ümid edirik ki, sərgi daha da genişlənəcək, inkişaf edəcək və biz gələn il Bakıya daha böyük ekspozisiya ilə qayıdacağıq.