Voldemar Ayfeld, “Empire” (Qazaxıstan) brendinin təsisçisi və sahibi
“Empire” hədiyyə, suvenir və aksessuarlar hazırlayan, istehsal edən və satan dizayn studiyasıdır. Məhsullarımız İtaliya, İsveçrə, Almaniya və Cənub-Şərqi Asiyanın ən yaxşı manufaktura və fabriklərində istehsal olunur və Qazaxıstanda yerləşən şəxsi pərakəndə satış məntəqələrimiz vasitəsi ilə satışa çıxarılır. Sifarişçilərimiz arasında həm fərdi müştərilər, həm də böyük şirkətlər, korporasiyalar və hökumətlər yer alır. Azərbaycanda fikirlərimizi, yaratdığımız trendləri layiqincə qiymətləndirə biləcək və bizimlə əməkdaşlıq edə biləcək tərəfdaş axtarırıq. Çünki “Empire” unikal brenddir, bütün işlərimiz müəllif hüquqları ilə qorunur. Biz şəxsi müasir üslubumuzu yarada bilmişik, eyni zamanda hər xalqın tarixi və mədəni irsinə xüsusi ehtiram və diqqət ilə yanaşırıq, bütün bu zənginliyi öz məhsullarımızda çatdırmağa çalışırıq.
“Empire” şirkəti “BakuBuild” sərgisində debüt edir. İndiyə kimi bizim bu tədbirlə hər hansı əlaqəmiz olmayıb. Sərgi müsbət təəssürat yaradır, burada həvəslə görüşlər keçirən və təmas quran xeyli insan var. Ziyarətçilər çox bilikli və savadlıdırlar. Qeyd edim ki, Bakıda hər zövqə uyğun ən müxtəlif hədiyyə və suvenirləri təqdim etdik - bunlar həm adi, həm də VIP kolleksiyalardır. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandı və artıq işğaldan azad edilmiş ərazilərin bərpası üzrə işlərə başlanılıb. “Empire” şirkəti ən müxtəlif, o cümlədən Qarabağ mövzusunun rəmzi olan hədiyyə və suvenirlər istehsal etməyə hazırdır.