Biznes “BakuBuild” sərgi platformasından başlayır

Biznes “BakuBuild” sərgi platformasından başlayır

19 oktyabr 2022 0000

Marqarita Fast, GIMA-nın nümayəndəsi “BakuBuild” sərgisində Almaniya pavilyonu müxtəlif peşəkar fəaliyyət sahələrinə malik səkkiz şirkəti təmsil edir. Bu il biz tikinti sahəsinə aid kimyəvi maddələr istehsal edən şirkəti, ilk dəfə olaraq mədən seqmentinə aid iki şirkəti; həmçinin mühəndislik şirkətlərini təmsil edirik. “BakuBuild” sərgisinin platformasında fəaliyyətə başlayan dam örtükləri istehsalı şirkəti də var.

Biz uzun illərdir ki, sərgilərdə iştirak edirik, amma təəssüf ki, pandemiyaya görə iki il fasilə vermişdik. Bu müddət ərzində bəziləri sərgilərin köhnəldiyi qənaətinə gəlmişdir. Çoxları İnternet məkanında yollar axtarmağa çalışdı. Lakin bu yanaşma heç də bütün ölkələrdə effektiv deyil.

Biz Mərkəzi Asiya, Qafqaz, Rusiyada işləyirik, onlar da Azərbaycan kimi sərgilərin keçirilməsində həmişə maraqlı olacaqlar, çünki mütəxəssislər və sahibkarlar arasında ən yaxşı işgüzar görüşlərə zəmanət verirlər. Sərgi canlı ünsiyyətin olduğu yeganə platformadır. Həmkarları ilə canlı əlaqə yaratmadan çox az sayda insan İnternet vasitəsilə müqavilə imzalayar.

Əlbəttə ki, biz yenidən Bakıda olmağımıza görə şadıq. Bizim böyük gözləntilərimiz var! Biz gələn il yenidən stend təşkil etmək və “BakuBuild” sərgisində iştirak etmək üçün şirkətlərimizin burada biznesini və əlaqələrini inkişaf etdirməyinə maraq göstəririk.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN