“BakuBuild“ və “Aquatherm Baku“ sərgiləri çərçivəsində iştirakçılar üçün işgüzar səhər yeməyi təşkil olunub

“BakuBuild“ və “Aquatherm Baku“ sərgiləri çərçivəsində iştirakçılar üçün işgüzar səhər yeməyi təşkil olunub

24 sentyabr 2019 0000

24 sentyabr tarixində “BakuBuild“ və “Aquatherm Baku“ sərgiləri çərçivəsində “Holiday Inn Baku” otelində sərgi iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub.

Səhər yeməyi zamanı iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmağın vacibliyi vurğulanıb. Eləcə də sərgidə səmərəli iştirak üçün təşkilatçıların tərəfindən təqdim olunan pulsuz xidmətlər haqqında məlumat verilib.

Təşkilatçılar ümid edirlər ki, səsləndirilmiş faydalı məsləhətlər şirkətlərin sərgidə iştirakı zamanı uğurla tətbiq ediləcək.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN