Ruhi Yazar, Sekizli Makina-nın Xarici Ticarət üzrə Direktoru
Şirkətimiz 1987-ci ildən bəri müxtəlif növ kranların- elektrik kranlar, hidravlik kranlar, elektrik yükləyicilərinin istehsalı ilə məşğuldur. Məhsullarımızı 46 ölkəyə ixrac edirik.
“BakuBuild” sərgisində iştirak etməkdə məqsədimiz işgüzar əlaqələr qurmaq və tərəfdaşlarımıza, necə deyərlər, hər zövqə uyğun, ən layiqli və keyfiyyətli məhsulları təklif etməkdir.
Biz dördüncü ildir ki, Bakıda keçirilən tikinti sərgisində iştirak edirik. Azərbaycanda artıq bir sıra satışlar həyata keçirmişik.
Bu gün stenddə biz əsasən istehsalçıları gözləyirik. Məhsul çeşidlərimizə artıq məlum olan məhsullarla yanaşı, kataloqlarda yer alan məlumatlarda təsvir edilən yeni məhsullar da daxildir. Onlardan biri yeni suyun daşıma vasitəsidir. Bütün məhsullarımız kimi, bu vasitə də öz keyfiyyəti, etibarlılığı və özünəməxsus quruluşu ilə fərqlənir.
Biz ziyarətçiləri gözləyirik, yeni əlaqələr qurmağa ümid edirik və azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyi çox arzu edirik. Hesab edirəm ki, hər bir brend sərgilərdə təqdimata maraq göstərməlidir. Sərgilər həm bizə, həm də bütün digər şirkətlərə öz istehsal fəaliyyətlərini və məhsullarını keyfiyyətli şəkildə təqdim etməkdə çox kömək edir.