Dmitriy Belyayev, “Artkelo” şirkətinin kommersiya direktoru
Rusiyanın “Artkelo” şirkəti quru Kelo qütb şamından, Altay sidri və Sibir qara şam ağaclarından taxta ev və hamamların tikintisi sahəsində ixtisaslaşıb. Şirkət Kamçatkadan tutmuş Londona qədər müxtəlif iqlim şəraitində 10 illik fəaliyyət təcrübəsinə malikdir. Şəxsi layihələndirmə büromuzda müştərinin istəkləri nəzərə alınmaqla fərdi memarlıq layihəsi hazırlanır. Şirkətin biri Kareliyada (Altay) olmaqla, iki şəxsi istehsal müəssisəsi, eləcə də Moskva vilayətində ağac emalı sexi və mebel emalatxanası fəaliyyət göstərir.
Kelo qütb şamı ağacından tikilmiş evlərin fərqli cəhətləri tikinti vaxtına qənaət etmək imkanı verən çökmənin olmaması və boyama zamanı boya və digər kimyəvi maddələrdən istifadə edilməməsidir ki, bu da gələcək sakinlərin sağlamlığını qoruyur. Evlər 25 illik zəmanət və servis xidməti ilə tikilir. Ağacın təbii rəngi və qoxusu isə həmişə qorunub saxlanır.
“BakuBuild 2021” sərgisinin ziyarətçilərinə bütün məhsullarımız, istehsal texnologiyamız və inşa etdiyiiz evlərin xarakterik xüsusiyyətləri haqqında məlumatlar təqdim ediləcək. Pandemiyadan sonrakı dövrdə Rusiyada sərgilərə marağın artdığını müşahidə edirik. Biznes üçün həmkarlar və potensial müştəriləri ilə canlı ünsiyyətə, bəzən də məhsulun özünü necə deyərlər “hiss etməyə” ehtiyac var. Əminik ki, Bakıda keçiriləcək sərgi məhsullarımızın yerli bazarda tanıdılmasına, yeni əlaqələrin və kontaktların qurulmasına kömək edəcək.