Ziyarətçilərin keyfiyyətindən razıyıq
21 oktyabr 2024
0000
Sergey Klimashevsky
Satış Meneceri
Profiilikeskus OY, Finlandiya
Şirkətimiz metal dam örtükləri, profil vərəqləri və su kanalizasiya sistemlərinin istehsalı üçün avadanlıq istehsalı ilə məşğuldur. Biz artıq on ildən çoxdur ki, sizin bazarda fəaliyyət göstəririk və Azərbaycanda müştərilərimiz var. Yenidən bu tikinti sərgisinə gəldik ki, özümüzü tanıdaq, yeni müştərilər tapaq, köhnə müştərilərimizlə görüşək, bazarda mövcud vəziyyəti qiymətləndirək və gələcək layihələr haqqında düşünək. Bizim fəaliyyət sahəmiz niş sahə olduğuna görə müştəri tapmaq üçün sadəcə virtual ünsiyyət kifayət etmir – görüşlər, uzun müddətli və çox vaxt bir neçə illik ünsiyyət tələb olunur və sərgilər buna kömək edir. Sərgi, əslində, görüş yeri, bir növ səyyar ofisdir. Finlandiyada olarkən müştərilərlə video zənglər vasitəsilə görüşürsən, lakin şəxsi görüşlər sərgidə, bir növ mobil ofisdə həyata keçirilir.
Sərginin gedişatından və ziyarətçilərin keyfiyyətindən razıyıq. Adətən, müxtəlif sahələrin təqdim olunduğu ümumiləşdirilmiş tikinti sərgilərində ziyarətçilər tez-tez yaxınlaşıb şirkətin nə ilə məşğul olduğunu soruşurlar, amma burada adətən mütəxəssislər, konkret suallarla və təkliflərlə gəlirlər.