Üstünlüklərimiz keyfiyyət, zəmanət və sürətli çatdırılmadır

Üstünlüklərimiz keyfiyyət, zəmanət və sürətli çatdırılmadır

17 oktyabr 2024 0000

Nazim Yusifov
Manager
Anchor Allied Factory LLCY LLC, Katsan Group, Azerbaijan
Şirkətimiz 2010-cu ildən fəaliyyətdədir. Burada təqdim etdiyimiz həm yerli istehsal etdiyimiz məhsullar, həm də Türkiyə, İtaliya, Dubay, Çin kimi ölkələrdən idxal etdiyimiz məhsullardır. Məhsullar arasında boyalara aid, xırdavata, fasad işlərinə aid müxtəlif çeşidlər var, o cümlədən sprey boyalar, mebel boyaları, silikon köpüklər və s.
Rəqiblərimizlə müqayisədə üstünlüklərimiz boyaların keyfiyyətində, verdiyimiz zəmanətdə, sürətli çatdırılmada özünü göstərir.
BakuBuild sərgisində 3-cü dəfədir iştirak edirik. Bu tanınmış bir sərgidir, çox yerdən iştirakçılar, qonaqlar dəvət olunur. Biz özümüz də, məsələn, hətta bizimlə işləməyən müştəriləri dəvət edirik və onlar gəlib burada məhsullarımızla tanış olurlar. Beləliklə, satış artımına nail olunur. Məqsədimiz daa çox tanınmaqdır. Ziyarətçilər arasında həm fərdi şəxslər, həm də şirkət nümayəndələri olur. Tikinti şirkətlərin, təchizatçı firmaların, oxşar biznes ilə məşğul olan firma nümayəndələri də stendimizə yaxınlaşırlar. Ziyarətçilərin 80-90 faizi sıravi vətəndaşlar deyil, əlaqədar sahələrdə işləyən şəxslərdir, mütəxəssislərdir.

 

Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN