Sərgiyə gələnlərin əksəriyyəti inşaat sahəsində olan insanlardır

Sərgiyə gələnlərin əksəriyyəti inşaat sahəsində olan insanlardır

21 oktyabr 2024 0000

Erkan Gökalp
Azərbaycan Regional Meneceri
ELC Alüminyum San. Tic. A.Ş., Türkiyə
Şirkət alüminium məhsullarının istehsalı və emalı üzrə ixtisaslaşmışdır.Təxminən 60 min kvadrat metr ərazidə 4 preslə istehsal edirik, xammalımız premiumdur, bütün məhsullarımız sertifikatlanmışdır, və keyfiyyəti zəmanətlidir. İstehsal etdiyimiz bütün profil sistemləri yeni sistemlərdir və digər profli sistemlərindən fərqləri çoxdur. Biz bu sərgidə yalnız hal-hazırda tələb olunan məhsullarımızı gətirmişik, amma alüminium firmaları bilir ki, alümimium çeşidlərimiz təxminən 15 min sayındadır: onların içində avtomobil sənayesinə aid olanları var, milli müdafiəyə, mebel istehsalına, maşınqayırmaya və digər sektorlarına aid olanlar var. Biz sadəcə bura inşaat sektoruna aid profilləri gətirdik, xüsusi profillər də düzəldə bilirik.
Bu sərgiyə gələnlərin əksəriyyəti inşaat sahəsində olan insanlardır, layihə, şirkət sahibləridir. Təxminən 10%-i adi vətəndaşlardır ki, onlar da yerli bazarda bir biznes qurmaq istəyirlər və bu işi idarə edə bilib bilməyəcəkləri barədə maraqlanırlar. Əlbəttə, sərgidə hər kəsin gözləntisi burada əlaqələr qurmaqdır, məhsul satmaq və sairdir. Biz də o məqsədlə buradayıq. Bir neçə görüşümüz oldu, konkret nəticə hələ olmasada, görüşlər davam edir və sərgi sonu müsbət irəliyişlər gözləyirik. Sərgilərin əlbəttə həm şirkəti, həm məhsulları tanıtdırmaq üçün faydası çoxdur.  

 

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN