PİMAPEN və EVAKS ilə yeni nəsil pəncərə sistemləri Azərbaycanda

PİMAPEN və EVAKS ilə yeni nəsil pəncərə sistemləri Azərbaycanda

14 oktyabr 2025 0000

Elçin Əsgərov, “VƏLİEV” MMC-nin ölkə daxili satış müdiri (Azərbaycan):

“VƏLİEV” MMC olaraq hər il Bakı Tikinti Həftəsi çərçivəsində təşkil olunan sərgidə mütəmadi iştirak edirik. Şirkətimiz Türkiyənin nəhəng PİMAPEN markasının Azərbaycandakı rəsmi françayzinq istehsalçısıdır və bu məhsulların topdan satışını həyata keçirir. Bununla yanaşı, yerli istehsal xəttimizdə formalaşdırdığımız Azərbaycan brendi EVAKS markası ilə də bazarda güclü mövqe qazanmışıq.

Hazırda məhsullarımız təkcə ölkə daxilində deyil, həm də beş müxtəlif ölkəyə ixrac olunur. Qısa müddətdə həm keyfiyyət, həm də etibarlılıq baxımından öz müştəri auditoriyamızı formalaşdırmağı bacarmışıq.

“VƏLİEV” MMC-nin əsas üstünlüyü istehsalatda keyfiyyətə göstərilən ciddi nəzarətdir. Şirkətimiz 60 mm, 70 mm və 80 mm seriyalı pəncərə profillərinin istehsalı ilə yanaşı, qapı-pəncərə sistemləri üçün nəzərdə tutulan müxtəlif aksesuarların da istehsalını həyata keçirir. Bunlara kilid qarşılıqları, ispanyoletlər, orta kayıt bağlantıları, metal bükülmələr və digər mexaniki hissələr daxildir.

Bu ilki sərgidən olduqca razıyıq. İlk növbədə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümüzü bildiririk. Bakı Tikinti Həftəsi hər il peşəkar mühit, yeni əlaqələr və əməkdaşlıqlar üçün geniş imkanlar yaradır. Gələcək sərgilərdə də iştirak edərək məhsullarımızı daha geniş auditoriyaya təqdim etməyi səbirsizliklə gözləyirik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN