Peşəkar memarlıq dünyasında ilham və əməkdaşlıq ünvanı – BakuBuild sərgisi

Peşəkar memarlıq dünyasında ilham və əməkdaşlıq ünvanı – BakuBuild sərgisi

16 oktyabr 2025 0000

Məmmədəğa Mehtiyev, Memar
Hər il tikinti sərgisini yeni ideyalar, layihələr və müasir innovasiyalar axtarışında ziyarət edirəm. Eyni zamanda bu cür tədbirlər faydalı işgüzar əlaqələr qurmaq baxımından da çox önəmlidir. Sənaye üzrə bir çox mütəxəssislər yerli bazarı yaxşı tanıyır, lakin informasiya səviyyəsi ildən-ilə artır. Ona görə də texniki həllər və xidmət sahəsində yeniliklər təqdim edən şirkətlər xüsusi diqqət çəkir.
Xüsusilə sərgiyə yeni materiallar və hazır məhsullar gətirən iştirakçılar fərqlənir. Məsələn, İtaliya istehsalı taxta pəncərələrin ekspozisiyası və bir sıra Alman şirkətlərinin məhsulları mənim üçün maraqlı oldu. Eləcə də yerli şirkətlərin hidroizolyasiya məhsulları ilə tanış oldum və bunu sərginin əhəmiyyətli üstünlüklərindən biri hesab edirəm.
Bu cür tədbirlər, şübhəsiz ki, biz memarlar üçün vacibdir. Hətta düşünürəm ki, sərgilərin ildə bir dəfə keçirilməsi azdır – bu tip peşəkar tədbirlər daha tez-tez baş tutmalıdır.
Biz həyat yoldaşımla birlikdə memarıq və illərdir bu sərgini mütəmadi ziyarət edirik, çünki bilirik ki, burada ən azı iki-üç yeni peşəkar əlaqə qazanacağıq. Bu isə hər dəfə yeni əməkdaşlıqlar və maraqlı layihələrin başlanğıcı deməkdir.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN