İzolasiya məhsullarının 300-dən çox çeşidinin təqdimatı və tanıtımı

İzolasiya məhsullarının 300-dən çox çeşidinin təqdimatı və tanıtımı

15 oktyabr 2025 0000
Galib Gənbərov, Satış Meneceri, Caspian Energy Group

Artıq biz sərginin ikinci günündəyik və tədbir kifayət qədər maraq doğurur. Stendimizə gələn qonaqların sayı hər keçən gün artır və biz onları qeydiyyatdan keçirərək daha yaxşı tanışlıq və təqdimat imkanları əldə edirik. Qonaqlar sərgidə məhsullarımızı yerində görə, ətraflı məlumat əldə edə və birbaşa suallarını bizə verə bilirlər. Bu, həm bizim üçün, həm də ziyarətçilər üçün çox önəmlidir.

Caspian Energy Group olaraq biz izolasiya məhsullarının satışını həyata keçiririk. Ümumi stokumuzda 300-dən çox məhsul təqdim edirik. Bunların arasında Qaşınla, XPS və Betopan məhsulları var. Məhsullarımız dünya markalı brendlərdən ibarətdir və biz onların Azərbaycandakı rəsmi nümayəndəsiyik. Texnanikolu, Xenopleksi və Platanit kimi firmaları nümunə gətirə bilərik ki, onların məhsullarını ölkədə və bu sərgidə birbaşa təqdim edirik.

Sərgi platforması bizim üçün həm məhsullarımızın təqdimatı, həm də yeni tərəfdaşlıq imkanları üçün əla fürsətdir. Stendimizə çoxlu sayda ziyarətçi gəlir və onların marağı yüksəkdir. Bu da göstərir ki, iştirakımız həm bazarda mövqeyimizi gücləndirir, həm də potensial müştərilərlə əlaqələr yaratmaq üçün ideal şərait təmin edir. Biz əminik ki, belə sərgilər Caspian Energy Group-un tanınmasına, məhsullarımızın bazarda daha geniş təqdim olunmasına və gələcək layihələrdə iştirakımıza töhfə verəcək. Hər bir ziyarətçi və hər bir qarşılıqlı əlaqə bizim üçün motivasiya və yeni imkanların başlanğıcıdır. Biz sərgini yalnız satış üçün deyil, həm də təcrübə mübadiləsi və innovativ həllərlə tanıtım platforması kimi dəyərləndiririk".

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN