İnnovasiyalara açıq platforma – BakuBuild bizim üçün yeni imkanlar yaradır
16 oktyabr 2025
0000
Natiq Aslanov, TIS Azerbaijan şirkətinin Satış şöbəsinin rəhbəri
Şirkətimiz artıq təxminən iyirmi ildir ki, “ağıllı ev” sistemləri sahəsində ixtisaslaşır. Məhz buna görə də “BakuBuild” sərgisi bizim üçün hər zaman xüsusi maraq doğurur. Biz bu sərgiyə bazarın yeni istiqamətlərini öyrənmək, araşdırmaq və gələcək inkişaf planlarımızı formalaşdırmaq məqsədi ilə qatılırıq.
Sərgidə rəqib şirkətlərin stendlərini ziyarət etmək də bizim üçün maraqlıdır – çünki hər bir sahənin inkişafı ümumi tərəqqiyə xidmət edir. Əsas məqsədimiz burada yeni texnologiyaları, innovativ layihələri və “know-how” həllərini kəşf etmək, onları gələcəkdə öz fəaliyyətimizdə tətbiq etməkdir.
Bu il sərgidə şüşə kəsmə və qravirovka üzrə Alman texnologiyası diqqətimizi çəkdi – bu istiqamət bizim işimizin spesifikasına tam uyğundur.
Hər bir sərgi partnyorların fəaliyyəti haqqında məlumat almaq, təcrübə mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq üçün mühüm platformadır. Biz burada təkcə təcrübə paylaşmır, həm də potensial müştərilərlə gələcəyə yönəlik əməkdaşlıqlar planlaşdırırıq.
“BakuBuild” sərgisi artıq bir çox ildir ki, bu statusa tam cavab verir və bizim gözləntilərimizi və ehtiyaclarımızı tam şəkildə qarşılayır. Bu tədbir biznesin inkişafı və genişlənməsi üçün əla platformadır.