HOLCİM AZƏRBAYCAN YENİ TİKİNTİ HƏLLƏRİNİ NÜMAYİŞ ETDİRİR

HOLCİM AZƏRBAYCAN YENİ TİKİNTİ HƏLLƏRİNİ NÜMAYİŞ ETDİRİR

14 oktyabr 2026
NAMİQ TAPDIQOV, KOMMERSİYA DİREKTORU, CLC CEMENT CLINKER COMMERCIAL, HOLCİM AZƏRBAYCAN ASC

Holcim Azərbaycan “BakuBuild” beynəlxalq inşaat sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir. Sərgidə həm iri kommersiya layihələri, həm də fərdi ev sahibləri üçün nəzərdə tutulmuş innovativ ekoloji tikinti məhsulları və kompleks həllər nümayiş olunur. Bu həllərə ECOPlanet və ECOPact brendləri altında təqdim edilən aşağı CO₂ emissiyalı sement və beton məhsulları daxildir. ECOPlanet sementi və ECOPact betonu standart möhkəmlik və istismar xüsusiyyətlərini qorumaqla karbon emissiyalarını 30 faizə qədər azaldır.

Bundan əlavə, Holcim Azərbaycan müstəqil şəkildə yoxlanılmış Məhsulun Ekoloji Bəyannaməsini (EPD) əldə edən ilk yerli tikinti materialları istehsalçısıdır. Bu günədək həmin bəyannamə ilə təsdiqlənmiş ekoloji göstəricilərə malik 50 min tondan çox sement və 7 min kubmetr beton tədarük etmişik. Ümumiyyətlə, təklif etdiyimiz məhsul və həllər tikintinin bünövrədən dam örtüyünə qədər bütün mərhələlərini əhatə edir. Betonun xüsusiyyətlərini və keyfiyyətini optimallaşdırmaq məqsədilə sement istehsalında və iri tikinti layihələrində istifadə olunan CORSO kimyəvi əlavələrini də nümayiş etdiririk.

CORSO betonun keyfiyyətini yaxşılaşdırır, istehsal prosesində təbii resurslara qənaət etməyə kömək edir və ümumi əməliyyat səmərəliliyini artırır. Məhsul çeşidimizi daha da genişləndirərək kiçik həcmli ev təmiri işlərindən tutmuş iri kommersiya tikinti layihələrinə qədər müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş yeni TONE boya seriyasını təqdim edirik. Sərgidə, həmçinin təbii əhəngdaşı və sementdən hazırlanan ekoloji GEOBRICK kərpicini nümayiş etdiririk. Xarici suvağa olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldan hamar səthi ilə seçilən GEOBRICK tikinti müddətini qısaldır və divarlara səliqəli görünüş verir. Bu məhsul 120 kvadratmetrlik evin divarlarının cəmi altı həftə ərzində hörülməsinə imkan yaradır.

Divar hörgüsü üçün məhsul çeşidimizi genişləndirərək sement əsaslı yeni KARON hörgü bloklarını da təqdim edirik. Ənənəvi əhəngdaşına səmərəli və yüksək texnologiyalı alternativ kimi hazırlanan KARON dəqiq standart ölçüləri və 15–16 kiloqram çəkisi ilə ənənəvi əhəngdaşından 30 faizə qədər daha yüngüldür. Müxtəlif ölçülərdə olan və ağır əhəngdaşını əvəz edən KARON hörgü zamanı artıq məhlul istifadəsini azaldır, sement sərfiyyatını optimallaşdırır, divar hörgüsü işlərini sürətləndirir və tikintinin ümumi səmərəliliyini artırır.

Biz bu sərgidə dəfələrlə iştirak etmişik. Sərginin bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, burada məhsullarımızı və yeni həllərimizi təqdim etməklə yanaşı, tikinti sektorunun digər iştirakçıları ilə əlaqələrimizi də genişləndiririk. Və illərboyu bunları əldə edə bilirik və sərginin işimizə müsbət təsirini görürük.
Holcim Azərbaycan tikinti şirkətlərini layihələrin bütün mərhələlərində fəal əməkdaşlığa dəvət edir. Bazar iştirakçılarının səylərinin birləşdirilməsi ölkədə müasir və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan tikinti ekosisteminin formalaşmasına töhfə verəcək.

Tədbir üzrə tərəfdaşlar

Regional pavilyon

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN