Fərdi mühafizə və inovativ istehsalın qüvvəsi

Fərdi mühafizə və inovativ istehsalın qüvvəsi

15 oktyabr 2025 0000
Elmir Haciyev, Baş Direktor, S.İ.G.N MMC

S.İ.G.N MMC olaraq əsas fəaliyyət sahəmiz fərdi mühafizə vasitələrinin istehsalı və paylanmasıdır. Məhsullarımız sənayedə, tikintidə, lift sektorunda istifadə olunur və işçilərin təhlükəsizliyini təmin edir: ayaqqabılar, kaskalar, əlcəklər, iş geyimləri və digər qoruyucu vasitələr. Bütün bunlar RegalSep brendi altında istehsal olunur və məhsullarımızın 60-70 faizi artıq bu marka ilə bazara çıxarılıb, bir hissəsini isə burada, Azərbaycanda, yerli istehsal edirik. Bundan əlavə, BakTent şirkətimiz var — Azərbaycanda ilk yaradılmış tent istehsalçısıdır. Dünyada mövcud olan bütün çadır və tent quraşdırmalarını təqdim edə bilirik. Burada gün ərzində 3-4 min kvadrat metr istehsal edə biləcək imkanlarımız mövcuddur. İstehsalda istifadə etdiyimiz sənaye tikiş maşınları adi maşınlardan fərqlidir, yüksək texnologiyalı və unikaldır, bu da məhsullarımızın keyfiyyətini təmin edir. Üçüncü sahəmiz isə piknik və açıq hava üçün məhsulların istehsalıdır. 8-9 il əvvəl Azərbaycana gətirdiyimiz bu seqmentdə palatkalar, stullar, masalar və digər aksesuarlar hazırlanır və müştərilərə təqdim olunur. İnsanlar məhsulları test edir, bəyənir və bizdən alırlar.

Sərgilər bizim üçün hər zaman yeni imkanlar deməkdir. Burada dünyanın müxtəlif ölkələrindən gələn məhsulları görürük, yeni texnologiyaları öyrənirik və fikirlərimizi inkişaf etdiririk. Hər sərgidə iştirakımızdan geri dönüş alırıq, yeni şirkətlərlə tanış olur, müzakirələr aparır və bu əlaqələr bizi gələcək layihələrə hazırlayır. Bu sərgidə artıq ikinci dəfə iştirak edirik və nəticələr bizi çox məmnun edir. Yeni tərəfdaşlıqlar qurulur, məhsullarımıza maraq artır və iştirakımız hər dəfə daha uğurlu olur. Hər gün burada olmaq bizə həm təcrübə, həm də motivasiya verir ki, Azərbaycanda və regionda keyfiyyətli və innovativ məhsullar təqdim etməyə davam edək.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN