FİNLANDİYA AZƏRBAYCANDA BİZNES İMKANLARI AXTARIR
16 oktyabr 2024
0000
Mikko Pakkasela
Satakunta Tətbiqi Elmlər Universitetinin Tədqiqat Meneceri (Finlandiya)
Mən, bu günkü sərgiyə bir tanışımı cəlb etdim o, eyni zamanda tikinti sektorunda çalışır, buna görə də biz burada birlikdəyik. O, da bu imkanın dəyərləndirilə biləcəyini düşünür və məmnun qalıb. Hər ikimiz burada bir neçə maraqlı şirkətlə qarşılaşmışıq və bir az söhbət etmişik.
Bizim, Finlandiya, Estoniya və Latviya şirkətlərini Azərbaycana gətirərək xarici iş imkanlarını araşdırmaq planımız var. Hal-hazırda bu layihə üzərində çalışırıq. Biz müxtəlif universitetlərlə əməkdaşlığa başlamaq və birgə layihələr həyata keçirmək üçün axtarışdayıq, çünki yerli bazarda bizim şirkətlərimizi dəstəkləyə biləcək Azərbaycan mənşəli şirkətlərə ehtiyacımız var.
Bizim fikrimizcə, belə platformaların əhəmiyyəti və zəruriliyi yeni əlaqələr, tərəfdaşlar tapmaq və şəbəkələşmə ilə bağlıdır. Buna görə də, Azərbaycandakı sərgi bu tələbləri qarşılayır və B2B əlaqələrinin inkişafında mühüm rol oynayır.