Çoxsaylı maraqlı layihə, innovasiya və texnologiya platforması

Çoxsaylı maraqlı layihə, innovasiya və texnologiya platforması

19 oktyabr 2026
Daniil Fomin, "GIDROZO" şirkətinin meneceri (Rusiya)

Biz Tatarıstan Respublikasının Kazan şəhərindən gəlmişik. Əvvəllər "BakuBuild" sərgisində iştirak etmədiyimiz üçün tikinti sektorunda təmsil olunan şirkətlərlə tanış olmaq, onların məhsul və təkliflərini araşdırmaq bizim üçün ikiqat maraqlıdır. Burada ən müxtəlif istiqamətlərlə — tikinti materialları və pəncərə sistemlərindən tutmuş tikinti təşkilatçıları üçün nəzərdə tutulmuş kompleks həllərədək geniş bir spektrin şahidi olmaq mümkündür.
Bu qəbil tədbirlər yalnız yerli bazarla tanışlıq baxımından deyil, həm də xarici şirkətlərin təklifləri ilə yaxından tanış olmaq, zəngin ekspozisiyaları öyrənmək və yeni işgüzar əlaqələr qurmaq üçün əvəzsiz imkanlar yaradır.
Ziyarətçilərin məhsullarla daha təfərrüatlı tanış ola bilməsi və öz ehtiyaclarına uyğun həllər tapması üçün gələcəkdə burada daha çox iştirakçının təmsil olunmasını və ayrı-ayrı istiqamətlərin daha ətraflı nümayiş etdirilməsini arzulayırıq. Bütövlükdə, bu sərgini ziyarət etmək peşəkar dialoq, təcrübə mübadiləsi və sahənin innovativ imkanları ilə tanışlıq nöqteyi-nəzərindən bizim üçün şübhəsiz ki, çox faydalı oldu.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN