Birləşmiş ölkə pavilyonlanları çox maraqlıdır
15 oktyabr 2025
0000
Rüfət Kərimov, Direktor müavini, Theferr Trade MMC
Theferr Trade MMC əsasən metallurgiya və metal konstruksiya ticarəti sahəsində fəaliyyət göstərir. Şirkətimizin fəaliyyəti böyük ölçüdə inşaat sektoruna bağlıdır. Buna görə də BakuBuild sərgisi bizim üçün xüsusi əhəmiyyət daşıyır və bu il də sərgini ziyarət etdik. Sərgi çox böyük və maraqlıdır, təşkilatçılıq səviyyəsi yüksəkdir. Biz BakıBuild, Oil&Gas, Water Week sərgilərinə gəlirik. Mənim kontaktım sərgi təşkilatçılarının məlumat bazasında var və hər il sərgilərə dəvət aldığıma görə onlara təşəkkür edirəm.
BakıBuild sərgilərinə hər il qatılaraq sektorda baş verən yeniliklərlə tanış oluram. Bu sərgidə alman və italyan pavilyonları xoşuma gəldi. Düşünürəm ki, digər ölkələrin milli pavilyonları da olsa, sərgi daha da maraqlı olar. Məsələn, burada Çin şirkətləri ayrı-ayrı stendlərlə təmsil olunublar.
Yerli şirkətlər də çox xoşuma gəldi. AzMade Group, məsələn, çox gözəldir. Almet şirkəti ilə dostluq münasibətlərimiz var, burada onlarla da görüşdük. Bu bazarda uzun illərdir fəaliyyət göstərdiyimiz üçün sərgidə iştirak edən əksər şirkətləri tanıyırıq, bir neçə xarici şirkət isə bizim üçün yeni idi. Sərgi bizim üçün çox faydalı oldu – həm mövcud əlaqələri yeniləmək, həm də yeni tərəfdaşlarla tanış olmaq baxımından. Şirkətimiz hələ öz stendi ilə iştirak etməyib, lakin gələcəkdə belə bir niyyətimiz var.