BakuBuild sərgisində biznes tərəfdaşı tapdım!

BakuBuild sərgisində biznes tərəfdaşı tapdım!

21 oktyabr 2024 0000


Aleksandr Kister, "Termofix" şirkətinin təsisçisi

Mən Rusiyanın Lipetsk şəhərindən gəlmişəm. Mənim rəhbərlik etdiyim şirkət istilik izolyasiyası materiallarının istehsalı ilə məşğuldur. BakuBuild sərgisinə ilk dəfədir qatılıram. Xüsusi olaraq Bakıya gəlmişəm ki, burada Azərbaycanda bazar inkişafı üçün distribyutorlar və tərəfdaşlar tapa bilim. Sevindirici xəbəri sizinlə bölüşmək istəyirəm – tərəfdaş tapılıb. 

"Termofix" maraqlı və innovativ izolyasiya materialı istehsal edir – isti divar gipsi. Təəssüf ki, sərgidə buna bənzər məhsulları tapmadım. Bu, bizim məhsulumuzun Azərbaycanda tələbat olan bir yenilik olduğunu göstərir. Lakin ilk növbədə bizə son örtük işləri aparan tərəfdaşlar lazımdır, çünki hər şeyi Rusiyadan gətirmək iqtisadi baxımdan əlverişli olmayacaq. 

Düşünürəm ki, ixtisaslaşmış sərgilərin böyük əhəmiyyəti var, çünki tərəfdaşlıq əlaqələrinin və ümumilikdə tikinti sənayesinin inkişafı məhz bu sərgilərin nəticələrindən asılıdır. Həmişə perspektiv var. 

Mən beynəlxalq sərgilərin daimi iştirakçısıyam və qeyd etmək istərdim ki, Bakı sərgisi nümayiş olunan şirkətlərin səviyyəsi baxımından dünya standartlarına uyğundur. Biz artıq "Termofix"-i BakuBuild 2025-də təqdim etməyə hazırıq. 

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN