BakuBuild sayəsində yerli bazarda mövqeyimizi gücləndiririk

BakuBuild sayəsində yerli bazarda mövqeyimizi gücləndiririk

17 oktyabr 2024 0000


Şükur Cəfərov, Satış Direktoru 
Omax Industrial Group 

2017-ci ildən bəri şirkətimiz metal konstruksiyaların istehsalı və satışında, həmçinin müasir, keyfiyyətli istixana sistemlərinin “açar təhvil” prinsipi ilə təqdimatında fəaliyyət göstərir. Məhsul çeşidimizə polad borular, metal profillər, sinklənmiş plitələr, istixanalar üçün profillər və kanallar, bağlama və hidroponika avadanlıqları, kabellər üçün kanallar daxildir.

Omax eyni zamanda istixanaların montajı, xüsusi sifarişlərin hazırlanması, toz boya, metal konstruksiyaların kəsilməsi və metal məhsulların logistikası xidmətlərini də təqdim edir. Bütün istehsal komponentləri beynəlxalq standartlara uyğun istehsal olunur. İstixanaların inşasında istifadə olunan avadanlıqlar davamlı olaraq dəyişən texnologiyalara uyğun yenilənir.

Lazım olan demək olar ki, bütün istehsal materialları fabrikimizdə istehsal olunur və dərhal layihə sahəsinə göndərilir. Xammalı isə Rusiya, Maqnitqorskdan alırıq.

Nisbətən yaxın zamanda təsis edilmiş Omax, Hollandiyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edərək Türkiyənin İzmirində və Bakıda müasir istixana sistemlərinin istehsalına başlamışdır. Fəaliyyətimizin əsas istiqaməti şüşə, polietilen və polikarbonatdan hazırlanmış müasir, keyfiyyətli istixana sistemlərinin təqdimatıdır. Eyni zamanda, şirkət istilik və suvarma sistemləri ilə də məşğuldur.

Biz ikinci ildir ki, BakuBuild sərgisində iştirak edirik. Belə sərgilər sayəsində yerli bazarda mövqeyimizi gücləndirir, yeni tərəfdaşlarla tanış olur, müqavilələr imzalayır və məhsuldar əməkdaşlıq edirik. İxtisaslaşmış sərgilər həm iştirakçılar, həm də ziyarətçilər arasında tələbat görür. Burada əvvəllər tanımadığınız şirkət nümayəndələri ilə tanış ola, onların məhsullarını görə və lazım olan məlumatları əldə edə bilərsiniz. Bəzən stendimizə bir ziyarətçi yaxınlaşır, mən ona məhsullarımızı izah etməyə başlayıram. Və burada onun bu məhsula ehtiyacı olduğu ortaya çıxır. Əgər yerli istehsalın olduğunu bilsəydi, bu qədər vaxt və pul xərcləməzdi! Buna görə də belə sərgilərin ildə dörd dəfə keçirilməsini arzulayırıq.

Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN