Daniyar Çanaşov, "BAUNER" şirkətinin baş mühəndis-konstruktoru
"BAUNER" MMT, istənilən mürəkkəblikdə alüminiumdan hazırlanmış alüminium profil və konstruksiyaların dizaynı, müəllif nəzarəti və tədarükü ilə məşğul olur. İstehsalda istifadə olunan ən son texnologiyalar, Qazaxıstan bazarının müxtəlif seqmentlərində istehlakçılar tərəfindən geniş istifadə olunan alüminium profillərin geniş çeşidini istehsal etməyə imkan verir.
"BAUNER" MMT ilk dəfədir ki, Azərbaycanda keçirilən "BakuBuild" Beynəlxalq İnşaat Sərgisində iştirak edir. Bu gün ziyarətçilərə alt sistemimizin necə işlədiyini ətraflı göstərmək və izah etmək istəyirik. Bunun üçün stenddə müxtəlif üzlük materiallarının ekspozisiyası yerləşdirilib və maraqlananlar bütün bərkitmə detalları ilə əyani şəkildə tanış ola bilərlər.
Sərginin ikinci günündə deyə bilərəm ki, sərginin təşkili ürəyimizcədir! Burada təkcə azərbaycanlı deyil, həm də xarici tərəfdaşlar tapacağımıza ümid edirik. Bundan əlavə, "BakuBuild" sərgisində iştirak həm qonaqlar, həm də sərgi iştirakçıları ilə aktual informasiya və peşəkar bilik mübadiləsi aparmağa imkan yaradır.