Ağac döşəmə istehsalı və yeni bazarlara çıxış

Ağac döşəmə istehsalı və yeni bazarlara çıxış

16 oktyabr 2026
VEİ YANQ SÜ, “DALIAN UNIVERSAL WOOD PRODUCTS CO., LTD.” ŞİRKƏTİNİN RƏHBƏRİ VƏ BAŞ TEXNOLOGİYA DİREKTORU (CTO)

Şirkətimizin iki fabriki var: bir fabriki Çində, digəri isə İndoneziyada yerləşir. Bu, təxminən 32 ildir fəaliyyət göstərən ailə biznesidir. Biz əsasən təbii ağacdan hazırlanmış muəndislik ağac döşəmələri (parket) istehsal edirik. İki növ konstruksiyamız var: üçqatlı və çoxqatlı. Onlar fərqli profillər, o cümlədən TG birləşmə sistemi vasitəsilə birləşdirilir. Beynəlxalq bazarlar üçün bütün zəruri sertifikatlarımız, eləcə də profillərimiz üçün patentlərimiz mövcuddur. Məhsullarımızın qiyməti təxminən 20-40 dollar civarındadır.

Biz Avropa, ABŞ, Kanada və Avstraliya bazarları ilə işləyirik. Buraya gəlməyimizin səbəbi yerli bazara çıxmaq istəyimizdir. Artıq “Eurohome” adlı müştərimiz var və biz onlar ilə əməkdaşlıq edirik. Lakin biz həm də yeni tərəfdaşlar tapmaq və yerli bazar haqqında daha çox məlumat əldə etmək istəyirik.

Bu, bizim Azərbaycana ilk səfərimiz və bu sərgidə ilk iştirakımızdır. Yerli bazar haqqında daha çox öyrənmək istəyirik. Sərgi həqiqətən çox xoşumuza gəlir. Buradakı insanlar peşəkardır, yerli əhali isə çox səmimidir. Əminəm ki, bu sərgi Azərbaycandakı fəaliyyətimizi genişləndirmək üçün bizə yeni imkanlar yaradacaq.

Tədbir üzrə tərəfdaşlar

Regional pavilyon

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN