Əbubəkir Beyli, “Elbe Endustri” şirkətinin Baş direktoru
Şirkət beş sektorda fəaliyyət göstərir və sənaye sektorunda 45 illik təcrübəyə malikdir. Şirkət metal və alüminiumdan sənaye məhsulları qrupunu istehsal edir. Yeni investisiyalar və keyfiyyətli həll variantları sayəsində bu sahədə əminliklə irəliləyirik. Dünya dayanmadan dəyişir və gələcək texniki yeniliklərə əsaslanır. Biz tez-tez sərgilərdə iştirak etsək də, “BakuBuild” sərgisində debüt edirik. İştirakımızın məqsədi yerli bazarda şirkətimizi tanıtmaq və Türkiyə ilə Azərbaycan arasında ticarət münasibətlərini inkişaf etdirməkdir. Fürsətdən istifadə edərək, təşkilatçı və iştirakçıları Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin mötəbər yubileyi münasibəti ilə təbrik edirik. Biz bu tədbirin təşkilatçılığını bəyəndik. Sərginin ilk iş günü ərzində artıq yeni əlaqələr qurmağa nail olmuşuq.
Bu gün stendimizdə müxtəlif növ məhsulları təqdim edirik. Bunlar iş şəraitində, inşaatda istifadə edilmək üçün nəzərdə tutulmuş sənaye təyinatlı nərdivanlardır. Həmçinin biz ev üçün nərdivanlar da təklif edirik. Biz sifarişçilərimizin həyatını asanlaşdıran və işin keyfiyyətini yaxşılaşdıran məhsullarımızın etibarlığına zəmanət veririk.