Mahir Quliyev, “NB Holding” ASC-nin marketinq departamentinin müdiri
- Şirkətimiz 2004-cü ildən fəaliyyət göstərir və kimya məhsulları istehsalı sahəsində regionun ən böyük istehsal sahələrinə sahibdir. “Baku Build” inşaat sərgisinin daimi iştirakçısı və qeydiyyat sponsoru olaraq “NB Holding” ASC bu il də öz stendində ən son texnoloji yeniliklərini və məhsullarını sərgiləyəcəkdir.
“NB Holding” ASC-nin istehsal etdiyi və satışını həyata keçirdiyi məhsullar sırasında daxili və xarici məkan üçün müxtəlif növ boyalar, boya xammalları, qablaşdırma məhsulları, sement və gips əsaslı məhsullar, müxtəlif növ yapışdırıcı məhsullar, sənaye təyinatlı boyalar, yanğın gecikdirici boyalar, termoizolyasiya və hidroizolyasiya məhsulları, yol cizgi boyaları, mebel boyaları, şpaklyovkalar, seramoqranit məhsulları, kafel və metlax məhsulları, aralıq doldurucu materiallar və sairə bu kimi materiallar daxildir.
İndiyə kimi nümayiş etdirdiyimiz məhsulların sırasına bu il tam yeni və ən son innovativ texnologiya ilə istehsal olunan məhsullarımız da qatılır. “NB Ceramic” brendi ilə istehsal olunan məhsullarımızın ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacağını ümid edirik. Çünki, seramoqranit istehsalı sahəsində Azərbaycanda bir ilki gerçəkləşdirmişik. İllik istehsalı 3 milyon kvadrat metrə yaxın olan istehsal sahəmiz Gəncə şəhərində yerləşir. Bu istehsal sahəmizdə ən son Avropa istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Xammaldan hazır məhsula qədər olan proses tam avtomatlaşdırılmış sistemlə işləyir. Bu həm də regionda yeni iş yerlərinin açılmasında öz rolunu oynayır. Zavodun açılışını 2020-ci ilin mart ayında Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva etmiş və öz xeyir dualarını vermişdirlər. İstehsal olunan məhsullar arasında su çəkmə dərəcəsi sıfıra yaxın olan seramoqranit məhsulları, kafellər və metlaxlar istehsalı vardır. Məhsullar müxtəlif ölçülərdə istehsal edilir. Burada 60x60, 60x120, 60x30, 40x40 və digər ölçülü mat və parlaq olmaqla seramoqranitlər, kafellər və metlaxlar istehsal olunur.
Hal-hazırda Qarabağ regionunun bərpası ölkənin ən böyük və vacib məsələlərinnəndir. Düşünürəm ki, Qarabağ bölgəsinin və ətraf ərazilərin düşmən tapdağından azad edilməsi, həm də yeni iş imkanları yeni layihələrin önünü açır. İnşaat materialları istehsalçısı olaraq gələcək bütün layihələrdə məhsullarımızdan istifadə ediləcəyinə ümidvarıq.
“BakuBuild” beynəlxalq inşaat sərgisi heç şübhəsiz ki, regionun ən böyük ixtisaslaşmış sərgisidir. Biz bu sərginin daimi iştirakçısı kimi faydalarını çox görmüşük. Bu sərgi sayəsində yeni əməkdaşlıqların əsasını qoymuşuq. Hər il olduğu kimi bu il də, sərginin uğurlu keçəcəyinə inanırıq. Sərgi bir PR aləti olaraq bizim şirkət üçün önəm daşıyır. 2020-ci ildə qlobal pandemiya səbəbindən ertələnmiş sərgi nəinki bizim üçün, həmçinin digər şirkətlər üçün də mənfi təsir etmişdir. Çünki, bu sərgi yalnız bizim məhsullarımızı və yeniliklərimizi nümayiş etdirdiyimiz sərgi kimi yox, həmçinin ilin yekunu üçün daxili hesabat xarakteri daşıyır. Növbəti il üçün iş planlarımızın istiqamətlərinin müəyyənləşməsi, bazarda olan yeniliklərlə, real və potensial partnyorlarımızın fikir, düşüncə və istəklərinin nəzərə alınması üçün əvəzsizdir. Ümidvarıq ki, yaxın zamanda məhduriyyətlər aradan qaldırılacaq və əvvəlki illərin nəticələrini yenidən görə biləcəyik.