Sənaye və inşaatda intensiv təmayüllər

Sənaye və inşaatda intensiv təmayüllər

19 oktyabr 2016 0000

Maksim İlık, “Lohmann” şirkətinin ticarət nümayəndəsi

 – “Lohmann” şirkəti dünya üzrə aparıcı yapışqan istehsalçılarından biridir və 160 il bundan əvvəl təsis olunub. İndi isə şirkət geniş çeşiddə iki və birtərəfli yapışqan lentlərin istehsalçısıdır. Onun məhsul portfelinə müxtəlif əsaslı / daşıyıcılı və müxtəlif istifadə sahələri üçün fərqli yapışqanlıq dərəcələrinə malik minə yaxın məhsul daxildir.  

Biz bu “İnşaat” sərgisində iqtisadiyyatın məhz bu sektorunda tətbiq olunan məhsulları təklif edirik. Yapışqanların fəal surətdə istifadə olunması sənaye və inşaat sahələrində sürətlə inkişaf edən təmayüllərdən birinə çevrilib. Yapışqan texnologiyalarının üstünlükləri aşkar görünür: asanlıq, səliqəlilik və hər şeydən əvvəl etibarlılıq. Bizim məhsullar döşəmələrdən tutmuş dam örtülərinə qədər inşaatın bütün mərhələlərində istifadə olunur. Bu mərhələlər həm pəncərələrin quraşdırılmasını, həm səskeçirməz materialların, buxarlı və hidravlik avadanlıqların, izolyasiya plyonkalarının, bəzək və konstruksiya elementlərinin və s. yapışdırılmasını ehtiva edir.

Həmçinin sərgidə biz maili səthlərin bəzədilməsi üçün nəzərdə tutulan və həmin səthləri daha yaxşı kipləşdirməyə və suvağın çatlamasının qarşısını almağa imkan verən köpük əsaslı profillər (fiqurlu məmulatlar) təklif edirik. “BakuBuild 2016” sərgisi bizim Azərbaycan bazarı istiqamətində atdığımız ilk addımdır və biz burada müştəri bazamızı genişləndirmək və işgüzar əlaqələrimizi möhkəmləndirmək istərdik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN